×
A
A
A
Sazlamalar

ABŞ-da aktiv qazma qurğularının sayı azalır

Bakı, 19 aprel, AZƏRTAC

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 10 ədəd azalaraq 1012 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 1 ədəd azdır.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 8 ədəd azalaraq 825 olub. Lakin bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayı 5 ədəd artıb.
Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd geriləyərək 187 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 5 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Dünya 2019-04-19 15:52:00