×
A
A
A
Sazlamalar

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında üçüncüdür

Tbilisi, 19 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 272 milyon 455,2 min ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 9,7 faiz təşkil edib. Bu göstərici ilə Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşı olub.
Birinci rübdə Gürcüstandan Azərbaycana 84 milyon 904,8 min dollarlıq məhsul ixrac olunub. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 11,1 faiz artım qeydə alınıb. Azərbaycan Gürcüstanın ümumi ixracında 10,3 faiz paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin 2-ci əsas ixrac tərəfdaşı olub.
Üç ayda Gürcüstan Azərbaycandan 187 milyon 550,4 min dollarlıq məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 1 faiz artıb. Bu göstərici ilə qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 9,5 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycan qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan dördüncü əsas idxal tərəfdaşı olub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2019-04-19 15:20:00