×
A
A
A
Sazlamalar

Qazaxlı kümçülər yüksək məhsuldarlıq üçün hazırlıq işlərinə başlayıblar

Qazax, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı tapşırıq və tövsiyələri respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur.
Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu sahədə görülən məqsədyönlü işlər nəticəsində rayonda barama istehsalı 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram olub.
Ötən il Qazax kümçüləri tərəfindən 5000 kiloqram yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kiloqram məhsul istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib.
Bu il də yüksək məhsuldarlıq əldə etmək üçün xüsusi hazırlıq işlərinə başlanılıb. Belə ki, barama saxlanılacaq yerlər əvvəlcədən hazırlanıb, lazımi tədbirlər görülür. Yaxın günlərdə kümçülərə baramaqurdu veriləcək.

Kənd təsərrüfatı 2019-04-19 15:26:00