×
A
A
A
Sazlamalar

Gürcüstanda “Liberty Bank”ın filialı qarət olunub

Tbilisi, 19 aprel, AZƏRTAC

Gürcüstanda daha bir bank qarət olunub.
AZƏRTAC xəbər verir ki, naməlum şəxslər aprelin 19-da səhər saatlarında “Liberty Bank”ın Tbilisinin Varketili rayonunda yerləşən filialına hücum ediblər. Hücum nəticəsində 2 nəfər yaralanıb. Oğruların hələlik bankdan nə qədər pul apardıqları məlum deyil. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.
Ölkənin Daxili İşlər Nazirliyi faktla bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günədək Gürcüstanda 10-dək bank qarət olunub. Bu qarətlər zamanı 8 nəfər yaralanıb, xeyli miqdarda pul oğurlanıb.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-04-19 15:00:00