×
A
A
A
Sazlamalar

Qəbələdə turizm forumu keçiriləcək

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 20-də Qəbələ Konqres Mərkəzində “Tourism Lab.” MMC-nin təşkilatçılığı ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) da iştirak edəcəyi “Azərbaycan Turizm Forumu” keçiriləcək.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, AQSİA üzvlərindən 10 nəfər əlilliyi olan sənətkarın da iştirak edəcəyi forumda sənətkarların əl işlərinin satış sərgisi təşkil olunacaq.
Forumda bir çox sahənin mütəxəssisləri çıxış edəcək. Bu, bütün turizm mütəxəssislərinin və turizmə birbaşa və dolayısı ilə bağlı olan biznes adamlarının görüşdüyü Azərbaycanın yeganə turizm forumudur.
Qeyd edək ki, forum iki hissədən ibarət olacaq. Çıxışlardan əlavə turizmin inkişafı ilə bağlı mövzular müzakirə olunacaq və təkliflər irəli sürüləcək.

Regionlar 2019-04-19 15:04:00