×
A
A
A
Sazlamalar

Üç ayda tikinti kərpicinin istehsalı 60,7 faiz, sementin istehsalı isə 21,6 faiz çoxalıb

Bakı, 19 aprel, AZƏRTAC 

Bu ilin ilk 3 ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,5 faiz artaraq 121,3 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə tikinti kərpicinin istehsalı 60,7 faiz, tikinti əhənginin istehsalı 52,7 faiz, sementin istehsalı 21,6 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 7,8 faiz artıb. Tikinti gipsinin istehsalı 57,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 56,8 faiz azalıb.

Tikinti̇ 2019-04-19 15:12:00