×
A
A
A
Sazlamalar

Tarlalarda 126,4 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb

Bakı, 19 aprel, AZƏRTAC 

Aprel ayının 1-nə kimi tarlalarda 126,4 min hektar sahədə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çox yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 21,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 1,7 min hektarı dən üçün qarğıdalı), 28,8 min hektar sahədə kartof, 25,9 min hektar sahədə tərəvəz, 3 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə dən üçün günəbaxan, 40,7 min hektar sahədə çoxillik otlar və 0,5 min hektar sahədə birillik otlar əkilib.

Kənd təsərrüfatı 2019-04-19 15:08:00