Qida məhsullarının istehsalı 26,8 faiz artıb
Bakı, 19 aprel, AZƏRTAC
Birinci rübdə ötən ilin yanvar-mart ayları ilə müqayisədə içki istehsalında 78,8 faiz, qida məhsullarının istehsalında 26,8 faiz, tütün məmulatlarının istehsalında isə 7,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 8,6 dəfə, duru bitki yağlarının istehsalı 7,8 faiz, cem və marmeladların istehsalı 6,5 faiz, üzlü süd istehsalı 2,8 faiz, araq istehsalı 6,8 dəfə, alkoqolsuz içkilərin istehsalı isə 23,4 faiz artıb.
Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır