×
A
A
A
Sazlamalar

“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi çərçivəsində "Azərmaş" ASC ilə İranın "Maral" şirkəti arasında distribüterlik müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Azərmaş”ın idarə heyətinin sədri Emin Axundov deyib.
“Müqavilə ağırtonnajlı yük maşınları üçün qoşquların Azərbaycanda satışını nəzərdə tutur. Daha sonra həmin qoşquların Azərbaycanda istehsalı üçün yeni zavod tikiləcək”, – deyə E.Axundov diqqətə çatdırıb.

İqtisadiyyat 2019-04-19 13:37:00