×
A
A
A
Sazlamalar

Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb

Tbilisi, 19 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmində azalma qeydə alınıb.
AZƏRTAC Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu ilin ilk üç ayında Gürcüstan Azərbaycandan 22 milyon 221,8 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.
Bu da illik müqayisədə idxal olunan elektrik enerjisinin məbləği baxımından 10,3 faiz və ya 2 milyon 558,4 min dollar azdır.
Milli Statistika İdarəsinin hesabatında bildirilir ki, ötən ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 24 milyon 780,2 min dollarlıq elektrik enerjisi alıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Energetika 2019-04-19 13:33:00