×
A
A
A
Sazlamalar

Qəbələ məktəbliləri ulu öndər Heydər Əliyevin irsini öyrənirlər

Qəbələ, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Qəbələ məktəblilərinin rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məktəblilər əvvəlcə ekspozisiya zalında dahi rəhbərin zəngin həyat yolunu və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla tanış olurlar. Sonra ekskursiya iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövləçiliyimiz qarşısında tarixi xidmətləri barədə ətraflı məlumat verilir. Məktəblilərin diqqətinə çatdırılır ki, ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etməkdən ibarət olub. Azərbaycan məhz Ulu Öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edib. İllər ötməsinə baxmayaraq, bu dahi şəxsiyyətin əziz xatirəsi daim hörmət və ehtiramla anılır.

Regionlar 2019-04-19 12:58:00