×
A
A
A
Sazlamalar

Vladimir Zelenski və Petro Poroşenkonun debatı 20 ölkədə yayımlanacaq

Kiyev, 19 aprel, AZƏRTAC
Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski ilə Petro Poroşenkonun mərkəzi “Olimpiya” stadionunda keçiriləcək debatı dünyanın 20 ölkəsində yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İctimai Televiziyasının rəhbəri Zurab Alasaniya məlumat verib.
Onun sözlərinə görə, debatın yayımı üçün siqnal açıq olacaq, bütün kanallar rahatlıqla yayımlaya bilərlər.
Qeyd edək ki, stadionda debat aprelin 19-u saat 19:00-da başlayacaq. Ukrayna Daxili İşlər Nazirliyi debatlarda təxminən 60 min seçicinin iştirak edəcəyini proqnozlaşdırır. Debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvəsi cəlb ediləcək.
Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-04-19 12:39:00