×
A
A
A
Sazlamalar

İsrail Pesax bayramı müddətində Fələstinlə sərhədini bağlayıb

Bakı, 19 aprel, AZƏRTAC

İsrail ordusu yəhudilərin Pesax bayramının keçirildiyi həftə ərzində Fələstinlə sərhədini bağlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Silahlı Qüvvələrin məlumatına əsasən, təhlükəsizlik mülahizələri səbəbindən aprel ayının 19-dan 27-nə qədər İordan çayının Qərb Sahili və Qəzza sektorundan olan fələstinlilərin İsrailə girişi qadağan ediləcək. İstisnalar yalnız təxirəsalınmaz tibbi hallara və digər təcili humanitar vəziyyətlərə aiddir.
Nəzarət-buraxılış məntəqələrinin bağlanması, ilk növbədə, İordan çayının Qərb Sahilində yaşayan və işləmək üçün hər gün İsrailə gedən 100 minlərlə fələstinliyə təsir edəcək. İsrail keçmişdə iri bayramlar və dini mərasimlər zamanı Fələstin ərazilərinin on illərlə davam edən blokadaya alınması praktikasına üç il əvvəl yenidən qayıdıb.
Pesax bayramı Musa peyğəmbərin rəhbərliyi ilə yəhudilərin Misir ərazilərini tərk etməsinə həsr olunub. Builki bayram həftəsi aprelin 19-26-na təsadüf edib.

Dünya 2019-04-19 12:35:00