×
A
A
A
Sazlamalar

İtaliya Notr-Dam kilsəsinin yenidən bərpası üçün yardımını təklif edib

Roma, 19 aprel, AZƏRTAC

İtaliya hökuməti Notr-Dam kilsəsinin yenidən bərpası üçün ölkənin Mədəniyyət Nazirliyinin mütəxəssislərini Fransanın sərəncamına verməyə hazırdır.
AZƏRTAC thelocal.it saytına istinadla xəbər verir ki, bu sözləri İtaliyanın mədəniyyət naziri Alberto Bonizoli söyləyib.
“İtaliyalı bərpaçılar ölkədə buna bənzər fövqəladə halların öhdəsindən gələrək böyük texniki təcrübə toplayıblar. Notr-Dam kilsəsi Fransanın rəmzi olmaqla yanaşı, həm də ümumbəşəri mirasdır”, – deyə A.Bonizoli qeyd edib.
Nazir, həmçinin Fransanın Mədəniyyət Nazirliyinə bu barədə təklifin göndərildiyini də bildirib. Qeyd edib ki, İtaliyanın bu sahədəki təcrübələrindən yararlanmaq lazımdır.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-04-19 11:41:00