×
A
A
A
Sazlamalar

Tokioda zibil maşını qəzadan sonra piyadaları vurub

Bakı, 19 aprel, AZƏRTAC

Tokioda zibil maşını minik avtomobili ilə toqquşduqdan sonra aşıb və bir neçə piyadanı vurub. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıb.
AZƏRTAC “Mayniti” qəzetinə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisi – ana və körpəsi huşsuz vəziyyətdədir.
İnsident Tokionun mərkəzi rayonlarından birində qeydə alınıb. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Dünya 2019-04-19 11:02:00