×
A
A
A
Sazlamalar

Almatıda 4.6 bal gücündə zəlzələ qeydə alınıb

Almatı, 19 aprel, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərindən 71 kilometr məsafədə 4.6 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, zəlzələnin episentri Almatı vilayəti Keqen rayonu ərazisində, yerin 20 kilometr dərinliyində qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı

Dünya 2019-04-19 10:51:00