×
A
A
A
Sazlamalar

Yaponiyada Aso vulkanı yenidən püskürüb

Tokio, 18 aprel, AZƏRTAC

Yaponiyanın ən böyük vulkanlarından biri hesab edilən Aso vulkanı aprelin 19-da yenidən püskürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, bu, cari həftə ərzində Kumamoto prefekturasında yerləşən vulkanın ikinci püskürməsidir. Yerli hakimiyyət orqanları sakinləri vulkan rayonuna yaxınlaşmamağa çağırır.
Hazırda vulkanın vurduğu zərər və ya aviauçuşlara təsiri barədə məlumat verilmir.
Qeyd edək ki, Aso dünyanın ən böyük vulkanlarından biridir. Onun hündürlüyü 1592 metrə bərabərdir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-04-19 08:05:00