×
A
A
A
Sazlamalar

Londonda mitinq zamanı 400 nəfər həbs edilib

London, 18 aprel , AZƏRTAC
Londonda İqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqin dördüncü günündə 400 nəfər həbs edilib.
AZƏRTAC xəbər verir ki, həbs olunanlar Vaterlo körpüsündə çadır quraraq nəqliyyatın hərəkətinə maneə olublar.
Qeyd edək ki, etirazçılar hökumətin karbon emissiyalarını sıfıra endirməsini və dəyişikliklərə nəzarət etməsini tələb edirlər.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-04-19 05:53:00