×
A
A
A
Sazlamalar

Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb

Minsk, 18 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon ABŞ dollarına çatıb.
Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, yanvar-mart ayında Belarusdan ölkəmizə idxalın dəyəri 64,2 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 5,5 milyon dollar olub.
Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

İqtisadiyyat 2019-04-18 21:01:00