×
A
A
A
Sazlamalar

Vergilər nazirinin Yevlaxda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı, 18 aprel, AZƏRTAC 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, vergilər naziri Mikayıl Cabbarovun Yevlax rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu başqa vaxta keçirilib.
Bu barədə AZƏRTAC-a Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib.
Qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.

Regionlar 2019-04-18 18:38:00