×
A
A
A
Sazlamalar

Buğdanın idxalı və satışı, un ilə çörəyin isə istehsalı və satışı 2021-ci ilədək vergidən azad olunacaq

Bakı, 18 aprel, AZƏRTAC

Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci ilədək vergidən azad olunacaq.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun imzalayıb.
Qanuna əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci ilədək vergidən azad olunacaq. Əvvəllər bu, 2017-ci il yanvarın 1-dən 3 il müddətinə idi.
Həmçinin kəpəyin istehsalı və satışı bu il martın 1-dən 2 il müddətinə vergidən azad edilib.

İqtisadiyyat 2019-04-18 18:01:00