Misirdə böyük qədim sərdaba aşkar edilib
Qahirə, 18 aprel, AZƏRTAC
Arxeoloqlar Misirin Luksor əyalətində Qədim Misirdə fironların XVIII sülaləsinin (e.ə.1550-1292-ci illər) taxıl anbarlarının gözətçisinin böyük sərdabasını aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin qədim abidələr naziri Xalid əl-Anani Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günündə keçirilən sərdabanın açılış mərasimində bildirib. Mərasimdə Misir hökumətinin rəhbəri Mustafa Madbuli, nazirlər və parlament üzvləri, həmçinin müxtəlif ölkələrin səfirləri iştirak ediblər.
Xalid əl-Anani qeyd edib ki, Luksor əyalətinin Albarr Al-Qarbi rayonunda aşkar edilmiş bu nadir tapıntı Qədim Misirdə fironların XVIII sülaləsinin Yeni çarlığı dövrünə aiddir və taxıl anbarlarının gözətçisinə məxsusdur. Onun sözlərinə görə, bu qədim sərdaba Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günündə Misirin bütün dünyaya hədiyyəsi, habelə turistləri ölkəyə cəlb edəcək növbəti qədim irs obyektidir. Nazir əlavə edib ki, Qədim Misir tarixinin daha erkən dövrlərinə aid olan daha iki sərdaba aşkar edilib. Bütün sərdabalarda sarkofaqlar, “uşebti” heykəlcikləri, dəfn maskaları, həmçinin divar rəsmləri var.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır
G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər
Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir
Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq
“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür