×
A
A
A
Sazlamalar

Mayda Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq

Ankara, 18 aprel, Elvin Camalov, AZƏRTAC 

Cari ilin mayında Ankarada Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşınmasına dair məsələlər müzakirə ediləcək.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.
“Azərbaycan, Gürcüstan və Türkiyə tərəfi mayın 24-25-də Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək sərnişin qatarının fəaliyyətinə dair müzakirələr aparacaq. Müzakirənin yekununda qatarın həftənin hansı günləri və hansı saatlarda hərəkət etməsi, biletlərin hazırlanması ilə bağlı qərarların qəbul olunması gözlənilir”, - deyə nazir bildirib.
O qeyd edib ki, BTQ ilə sərnişin daşınmasına dair Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə ünvanlanan sorğulara əsasən, türklərin bu dəmir yolu xəttindən çox istifadə edəcəyini demək olar.

Elvin Camalov
AZƏRTAC-ın müxbiri
Ankara

Nəqliyyat 2019-04-18 17:28:00