×
A
A
A
Sazlamalar

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1425-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22.12-ci maddədə “20” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilsin;
1.2. 22.16-cı maddənin ikinci cümləsindən “, habelə onun yaratdığı dövlət orqanlarında (qurumlarında)” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda (qurumlarda) həyata keçirilən auditin nəticəsi barədə Hesablama Palatası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik məlumat təqdim olunur.”;
1.3. 28.6-cı maddənin dördüncü cümləsindən “və” sözü çıxarılsın;
1.4. aşağıdakı məzmunda 34.4-cü maddə əlavə edilsin:
“34.4. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”.

Maddə 2. Bu Qanunun 1.4-cü maddəsi 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Qanunlar 2019-04-18 16:29:00