×
A
A
A
Sazlamalar

Gəncədə itkin düşən bacılar tapılıb

Gəncə, 18 aprel, Rauf Hacıyev, AZƏRTAC

Aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bundan narahat olan valideynlər övladlarının tapılması üçün Kəpəz Rayon Polis İdarəsinə müraciət ediblər.
Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin aprelin 17-də şəhər ərazisində olduqları müəyyən edilib və onlar ailələrinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-04-18 15:11:00