×
A
A
A
Sazlamalar

Mədəniyyət tariximizdə dərin iz qoyan kino rejissoru

Ağsu, 18 aprel, AZƏRTAC 

Ağsu Rayon Mərkəzi Kitabxanasında Mədəniyyət Mərkəzinin təşkilati dəstəyi ilə görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyinə həsr olunan “dəyirmi masa” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov, Mərkəzi Kitabxananın metodika şöbəsinin müdiri Məhbubə Əhmədova və başqaları çıxış edərək, Tofiq Tağızadənin Azərbaycan kino sənətindəki xidmətlərindən danışıblar. Vurğulanıb ki, T.Tağızadə fitri istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib və mədəniyyət tariximizdə dərin iz qoyub. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olan parlaq sənət nümunələridir.
Sonda Xalq artisti, görkəmli kino rejissoru T.Tağızadənin yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

Regionlar 2019-04-18 15:37:00