×
A
A
A
Sazlamalar

Ordubad Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası

Ordubad, 18 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanası hematransfuzioloji briqadasının iştirakı ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında səhiyyə işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qanvermə aksiyası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında keçirilən qanvermə aksiyasında əvvəlcə donorlar arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinə olunub. Bir neçə saat davam edən könüllü qanvermə aksiyasında 26 donordan götürülən 13 litr qanın qrupu müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan Bankına təhvil verilib, xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq Qan Bankında saxlanılacaq.

Regionlar 2019-04-18 14:34:00