×
A
A
A
Sazlamalar

Neftin qiyməti martın əvvəlindən indiyədək ilk həftəlik itkisinə yönəlib

Bakı, 18 aprel, AZƏRTAC

Dünya birjalarında neftin qiyməti martın əvvəlindən bu vaxtadək ilk həftəlik itkisinə yönəlib.
AZƏRTAC xəbər verir ki, buna səbəb qlobal istehsalçıların təchizat çatışmazlığının gələcək perspektivlərinə dair qeyri-müəyyənlik, İranın ixracının və ABŞ-da isə ehtiyatların azalmasının sərmayədarlar arasında narahatlıq yaratmasıdır. “Qara qızıl”ın qiyməti OPEK+ koalisiyasının istehsalı azaltması fonunda bu il 40 faizdən çox artıb. Lakin bu artan temp son bir neçə həftədə geriləməyə başlayıb.
Qeyd edək ki, hazırda “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 71,49 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 63,69 dollara satılır.

Neft - qaz 2019-04-18 14:12:00