×
A
A
A
Sazlamalar

Bolqarıstan Aİ ölkələri arasında daşınmaz əmlak bazarında qiymət artımına görə 15-cidir

Sofiya, 18 aprel, AZƏRTAC

Avropa statistika agentliyinin məlumatına görə, Bolqarıstanın daşınmaz əmlak bazarında 5,5 faizlik qiymət artımı qeydə alınıb. Bolqarıstan bu göstərici ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında 15-ci yerdədir.
AZƏRTAC xəbər verir ki, Aİ-də daşınmaz əmlakın qiyməti ən çox Sloveniyada - 18,2 faiz, Latviyada - 11,8 faiz, Çexiyada - 9,9 faiz artıb. İtaliyada isə əksinə 0,6 faiz azalma qeydə alınıb. Ümumiyyətlə Avropa İttifaqında daşınmaz əmlakın qiyməti 4,2 faiz artıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-04-18 13:11:00