×
A
A
A
Sazlamalar

Təbii qaz ixracının Azərbaycanın ümumi ixracındakı payı 2 dəfəyədək artıb

Bakı, 18 aprel, AZƏRTAC
Yanvar-mart aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 78,81 faizini, təbii qaz 9,49 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,25 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, ötən ilin birinci rübündə xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,06 faiz, təbii qazın 5,02 faiz, neft məhsullarının payı 4,05 faiz olmuşdu.

Neft - qaz 2019-04-18 13:24:00