×
A
A
A
Sazlamalar

Son bir neçə gündə Afinanı 12 min dəfə ildırım vurub

Afina, 18 aprel, AZƏRTAC

Yunanıstanın paytaxtı Afina şəhərini son bir neçə gündə 12 min dəfə ildırım vurub.
AZƏRTAC xəbər verir ki, ildırımın qədim Akropolis abidəsi yaxınlığında düşməsi nəticəsində dörd nəfər xəsarət alıb. Hadisə arxeoloji qazıntılar aparılan ərazidə baş verib. Xəsarət alanlar təcili xəstəxanaya çatdırılıblar. Vəziyyətləri qənaətbəxşdir.
Yunanıstan Mədəniyyət Nazirliyi bildirib ki, ərazidəki abidələrə zərər dəyməyib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-04-18 13:03:00