×
A
A
A
Sazlamalar

Neft məhsullarının ixracı azalıb

Bakı, 18 aprel, AZƏRTAC
Birinci rübdə Azərbaycandan 201 min 940 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 100 milyon 987 min ABŞ dolları olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 276 min 550 ton neft məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri 135 milyon 958 min dollar təşkil etmişdi.

Neft - qaz 2019-04-18 12:35:00