×
A
A
A
Sazlamalar

İtaliyanın dövlət borcu artıb

Roma, 18 aprel, AZƏRTAC
İtaliya Mərkəzi Bankı ötən il ölkənin dövlət borcunun 5,3 milyard avro artdığını bildirib.
AZƏRTAC xəbər verir ki, hazırda İtaliyanın dövlət borcu 2 trilyon 321 min 95 avro təşkil edir. İtaliyanın dövlət borcu 2016-cı ildə 0,8 milyard, 2017-ci ildə 5,5 milyard, keçən il isə 5,3 milyard avro artıb.
“Ölkə yüksək dövlət borcu ilə bağlı ciddi tədbirlər görməlidir”, - deyə bankın məlumatında qeyd olunur.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-04-18 12:41:00