Elektrik enerjisinin ixracı artıb
Bakı, 18 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Azərbaycanın elektrik enerjisi ixracı artıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, 3 ayda ölkədən 891 milyon 211 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 38 milyon 438 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin müvafiq aylarında Azərbaycandan 700 milyon 236 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 33 milyon 907 min dollar olmuşdu.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir