×
A
A
A
Sazlamalar

Evində narkotik bitki becərən Şəki sakini saxlanılıb

Bakı, 18 aprel, AZƏRTAC

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə bitkisinin şitilləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-04-18 11:55:00