×
A
A
A
Sazlamalar

Şamaxıda bu ilin ilk üç ayında 127 daimi iş yeri açılıb

Şamaxı, 18 aprel, AZƏRTAC

Azərbaycanda aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi Şamaxı rayonunda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ilin birinci rübündə Şamaxıda 127 yeni iş yeri açılıb. Açılan iş yerlərinin hamısı daimidir. Təzə iş yerlərinin 11-i yeni yaradılan müəssisə və təşkilatlarda, 116-sı isə fiziki şəxslərdədir.
Qeyd edək ki, aqrar bölgə olan rayonda təsərrüfatın ayrı-ayrı sahələrində yüzlərlə sakin müvəqqəti iş yerlərində çalışır.

Regionlar 2019-04-18 12:00:00