×
A
A
A
Sazlamalar

Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb

İslamabad, 18 aprel, АZƏRTAC

Pakistan ordusu və polisinin Xayber-Paxtunxva əyalətinin Peşəvər şəhərində apardığı antiterror əməliyyatında beş terrorçu öldürülüb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı terrorçuların sığındığı üçmərtəbəli qəzalı bina partladılıb. Öldürülən terrorçular “Təhrik-ei-Taliban” qruplaşmasının üzvləri olub.
Hökumət qüvvələrindən bir neçə adam yüngül yaralanıb. Əyalətdə digər terrorçu düşərgələrinin müəyyən edilməsi istiqamətində də iş aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2019-04-18 09:02:00