×
A
A
A
Sazlamalar

İngiltərə və Fransanın Mərkəzi banklarının rəhbərləri iqlim dəyişikliyi haqqında məqalə dərc ediblər

London, 18 aprel, AZƏRTAC

İngiltərə Mərkəzi Bankının başçısı Mark Kerney və Fransa Mərkəzi Bankının rəhbəri François Villeroy de Qalhau iqlim dəyişikliyinə qarşı mübarizə haqqında məqalə dərc ediblər.
“The Guardian”da dərc olunan məqalədə bank rəhbərləri iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal maliyyə sisteminin dəyişilməli olduğunu vurğulayıblar.
Onlar baş verən təbiət hadisələrinin maddi ziyan vurduğunu və ölkələrin Paris müqaviləsinə əsasən karbon emissiyalarını məhdudlaşdırmalı olduğunu qeyd ediblər. Bank idarəçiləri bildiriblər ki, iqlim siyasətinin əsas məsuliyyəti hökumətdədir. İqlim dəyişikliyi qlobal məsələdir və maliyyə sektoru bunun həlli üçün böyük rol oynayır.
Xatırladaq ki, Londonda iqlim dəyişikliyi ilə əlaqədar 3 gündür mitinq keçirilir və 340 nəfər həbs edilib. Nümayişçilər hökumətdən iqlim dəyişikliyini həll etmək üçün təcili tədbir görməsini tələb edirlər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-04-18 08:22:00