×
A
A
A
Sazlamalar

İtaliya futbolçusu “Qızıl buts”a namizədlərin sırasında

Roma, 18 aprel, AZƏRTAC
Avropanın aparıcı futbol çempionatlarında mövsüm ərzində ən çox qol vuran futbolçulara verilən “Qızıl buts” mükafatı uğrunda mübarizə davam edir.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, “Sampdoriya”nın və İtaliya milli komandasının veteran futbolçusu Fabio Kvalyarella “Qızıl buts” mükafatı uğrunda yarış reytinqində 44 xalla üçüncü sırada qərarlaşıb.
Reytinq cədvəlinə “Bareslona”nın argentinalı ulduz futbolçusu Lionel Messi 66 xalla başçılıq edir. İkinci pillədə isə 54 xala sahib “PSG”nin fransalı hücumçusu Kilian Mpappe yer alır.
Cədvəldə dördüncü və beşinci yerləri aktivlərində 42 xal olan “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski və onun “Milan”dakı həmyerlisi Kşiştof Pyontek bölüşür.
“Yuventus”un portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldu isə 38 xalla onuncu sıradadır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma 

Dünya 2019-04-18 07:31:00