×
A
A
A
Sazlamalar

G20 liderlərinin 15-ci sammiti Ər-Riyadda keçiriləcək

Bakı, 18 aprel, AZƏRTAC

Gələn il G20 qrupuna sədrlik edəcək Səudiyyə Ərəbistanı bu təşkilatın 15-ci sammitini 2020-ci il noyabrın 21-22-də Ər-Riyadda keçirəcək. Bu barədə SPA agentliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda Səudiyyə Ərəbistanının G20-nin məqsədlərinə, habelə beynəlxalq iqtisadi sistemin sabitliyinə və tərəqqisinə sadiq olduğu bildirilir.
Xatırladaq ki, G20 sammitinin Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qrupun liderlərinin 2017-ci ildə Hamburq görüşündə qəbul edilib.

Dünya 2019-04-18 04:05:00