×
A
A
A
Sazlamalar

“Samsung” şirkətinin yeni texnoloji prosesi prosessorların ölçüsünü 25 faiz azaldacaq

Bakı, 17 aprel, AZƏRTAC

Cənubi Koreya şirkəti 5 nanometrlik (nm) “FinFET” texnoloji prosesi üzərində işlərini başa çatdırıb. Tezliklə ekstremal ultrabənövşəyi (EUV) fotolitoqrafiya texnologiyası üzrə hazırlanmış prosessorlar bazara çıxarılacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 7 nanometrlik texnologiya ilə müqayisədə EUV texnologiyasından istifadə edən yeni proses standart elementin arxitekturasının təkmilləşdirilməsi nəticəsində enerji istehlakının 20 faiz azaldılması vəziyyətində məntiqi zonanın səmərəliliyinin 25 faizədək artımını təmin edir.
5 nanometrlik prosesin başqa bir üstünlüyü odur ki, yeni texnologiya 7 nanometrlik proses üçün yaradılmış bütün sxemlərdən istifadəyə imkan verir. Buna görə 7 nanometrdən yeni prosesə keçid mürəkkəb və bahalı olmayacaq.
Şirkət gələn il yeni texnoloji prosesdən kommersiya yönümündə istifadəyə başlamağı planlaşdırır. Bu il isə 6 nanometrlik texnologiya üzrə mikroçiplərin kütləvi istehsalına başlamağa söz verir.

Dünya 2019-04-17 19:29:00