×
A
A
A
Sazlamalar

Cari ildə neft sektoruna 1 milyard manatdan çox vəsait yönəldilib

Bakı, 17 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə ölkənin neft sektoruna 1 milyard 94,8 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-mart aylarında neft sektorunda 7 milyard 748,6 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 2,9 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 4,6 faiz çoxalıb. Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda istehsal olunub.
Martda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,5 faiz bahalaşıb.
Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,4 min nəfər çalışıb. Yanvar-fevral aylarında neft sektorunda nominal əməkhaqqı isə 2 min 824,9 manat təşkil edib.

Neft - qaz 2019-04-17 18:52:00