×
A
A
A
Sazlamalar

Əkrəm İmamoğlunun İstanbul bələdiyyə sədri seçkilərində qalib gəldiyi təsdiqləndi

Bakı, 17 aprel, AZƏRTAC

Cümhuriyyət Xalq Partiyasından İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun seçkilərdə qalib gəldiyi təsdiqlənib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu gün İmamoğlu İstanbul Ədalət Sarayına gələrək bələdiyyə sədri seçildiyinə dair sənədi alıb.
Səsvermənin nəticələri təkrar araşdırıldıqdan sonra Əkrəm İmamoğlunun 4 milyon 169 min 765 səs, Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın isə 4 milyon 156 min 36 səs aldığı müəyyənləşib.

Dünya 2019-04-17 18:35:00