×
A
A
A
Sazlamalar

Hindistanda baş verən fırtınada 47 nəfər həyatını itirib

Bakı, 17 aprel, AZƏRTAC 

Hindistanda baş verən fırtına nəticəsində 47 nəfər həyatını itirib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, fırtına ölkənin əsasən mərkəzi və qərb əyalətlərində fəsadlar törədib. Təkcə Racəstan əyalətində fırtına və ildırım vurması səbəbindən 24 nəfər ölüb. Madya Pradeş ştatının başçısı Kamal Nas bu əyalətdə 10 nəfərin həyatını itirdiyini bildirib. Qucarat və Maharaştra əyalətlərində 13 nəfər təbii fəlakətin qurbanı olub. Baş nazir Narendra Modi özünün “Twitter” səhifəsində həyatını itirənlərlə bağlı böyük üzüntü duyduğunu bildirib. Modi vəziyyətin yaxından izlənildiyini vurğulayıb.

Dünya 2019-04-17 16:56:00