×
A
A
A
Sazlamalar

Pakistanda qum fırtınası 39 insanın həyatına son qoyub

İslamabad, 17 aprel, AZƏRTAC
Pakistanın Pəncab, Bəlucistan, Xayber-Paxtunxva əyalətlərində qum fırtınası, güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 135-dən çox insan xəsarət alıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu ərazilərdə 80-dən çox evə ciddi ziyan dəyib.
Hazırda fəlakət zonalarında külək və yağış nisbətən zəifləyib.
Fəlakət zonasında küçələrin təmizlənməsi istiqamətində iş aparılır.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2019-04-17 13:16:00