×
A
A
A
Sazlamalar

Soçidə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Moskva, 17 aprel, AZƏRTAC
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Soçidə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin Milli Mərkəzi İnterpol Bürosunun Krasnodar filialının əməkdaşlarının saxladıqları şəxs 250 min dollar məbləğində vəsaiti mənimsəməkdə təqsirli bilinir.
İstintaq materiallarına əsasən, saxlanılan şəxs Bakıdakı şirkətlərdən birində marketinq şöbəsinin müdiri olub. O, avadanlıq almaq məqsədilə ayrılan 250 min dollar məbləğində vəsaiti mənimsəyərək ölkədən qaçıb. Hazırda saxlanılan şəxsin Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi məsələsi müzakirə edilir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Hadisə 2019-04-17 12:53:00