×
A
A
A
Sazlamalar

Macarıstanda Paris kilsəsinin bərpası üçün ianə toplamağa başlayıblar

Budapeşt, 17 aprel, AZƏRTAC

Macarıstan Yəhudi İcmaları Federasiyası (“Mazsihisz”) Paris Notr-Dam kilsəsinin bərpasına yardım məqsədilə ianə toplamağa başlanmasını elan edib.
AZƏRTAC-ın məlumatına görə, “Mazsihisz” rəhbəri, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Andras Heysler öz bəyanatında bildirib ki, o, Konqresin prezidenti Ronald S. Lauderə müraciət edərək, kilsənin bərpası işinə töhfə vermək məqsədilə bütün dünyada ümumyəhudi kampaniyasına başlamağa səsləyib. Heysler bu faciə ilə əlaqədar katolik icmasına və bütün Fransa xalqına başsağlığı verib.
Macarıstanın Sekeşfehervar və Seged şəhərlərinin meriyaları kilsənin bərpası fonduna bu şəhərlərin hərəsinin büdcəsindən 10 min avro ayırdıqlarını bildiriblər.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-04-17 12:31:00