×
A
A
A
Sazlamalar

Berlində Paris kilsəsində yanğınla əlaqədar kədərləndiklərini bildirirlər

Berlin, 17 aprel, AZƏRTAC

AFR Hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert federal kansler Angela Merkelin adından öz “Twitter” mikrobloqunda yazıb: “Paris Notr-Dam Kilsəsinin yanması mənzərəsini görəndə ürəyimiz ağrayır”.
AZƏRTAC xəbər verir ki, Zaybert daha sonra yazır: “Paris Notr-Dam Kilsəsi Fransanın və bizim Avropa mədəniyyətinin rəmzidir. İndi biz qəlbən fransız dostlarımızla bir yerdəyik”.
Ölkənin xarici işlər naziri Hayko Maas isə öz mikrobloqunda belə yazıb: “Yanan Paris Notr-Dam Kilsəsi qəlbimizə yara vurdu”.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2019-04-17 11:20:00