×
A
A
A
Sazlamalar

Londonda iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinq zamanı 290 nəfər həbs olunub

London, 17 aprel, AZƏRTAC
Londonda iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinq zamanı 290 nəfər həbs olunub.
AZƏRTAC xəbər verir ki, həbs edilən nümayişçilərin əksəriyyəti ictimai qaydaları pozmaqda günahlandırılır.
Etirazçılar mitinqin aprelin 29-dək davam edəcəyini bildiriblər.
Qeyd edək ki, nümayişçilər hökumətdən iqlim dəyişikliyini həll etmək üçün təcili tədbir görməsini tələb edirlər.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-04-17 08:43:00