×
A
A
A
Sazlamalar

Pakistanda yol qəzası nəticəsində 11 nəfər həlak olub

İslamabad, 16 aprel, АZƏRTAC

Pakistanın qərbindəki Mustanq şəhərində mikroavtobusun qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, 7 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, içərisində qadınlar və uşaqlar olan mikroavtobus yük maşını ilə toqquşub.
Yaralananların bir neçəsinin vəziyyəti ağırdır.
Qəzanın səbəbləri araşdırılır.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2019-04-16 21:15:00